» » İstanbul terrorunun Azərbaycanlı qurbanı Nuranə kimdir?

Maraqlı / Kriminal / Kiçik Manşet / Hadisə / Dünya

İstanbul terrorunun Azərbaycanlı qurbanı Nuranə kimdir?

Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən güllələnlərdən biri, Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı Nuranə Həsənovanın fotoları yayılıb.

Virtualaz.org xəbər verir ki, tanışları Nuranənin fotolarını paylaşaraq onun həlak olmasına görə sarsıldıqlarını ifadə ediblər.

N.Həsənovanın cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi. Rusiyanın İstanbuldakı konsulluğundan bildiriblər ki, Nuranənin bacısı ölüm faktı ilə bağlı sənədləşdirmə ilə məşğuldur və sənədləşdirmə başa çatan kimi cənazə Azərbaycana yola salınacaq.

Reina" gecə klubunda öldürülən Nuranə Həsənovanın şəxsiyyəti haqqında bəzi bilgilər açıqlanıb.

Onun 1988-ci ildə Ukraynada doğulması və bir müddətdən sonra ailəsi Rusiyaya köçdüyü deyilir.

Məlumata görə, Nuranə Həsənova uzun müddət anası və bacısı ilə birgə Ukraynanın Donbas vilayətinin Kramatorsk şəhərində yaşayıb. 9-cu sinifdə oxuyarkən atası onu özü ilə Azərbaycana aparıb. Nuranə Həsənova Yeni il tətilinə dekabrın 30-u Bakıdan, Heydər Əliyev beynəlxalq aeraportundan uçub. N.Həsənovanın valideynləri həmin gün artıq İstanbulda olublar.

Terror aktından sonra valideynləri meyitin tanınmasında iştirak edib. N.Həsənova son illər Bakıda yaşadığından burada dəfn ediləcək.

Xatırladaq ki, Rusiyanın diplomatik mənbələri N.Həsənovanın ölüm xəbərini "Twitter" şəbəkəsi ilə yayıblar. Mərhumun cənazəsinin Bakıya göndəriləcəyi barədə məlumatı da onlar veriblər.


 
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa