» » Sizinlə və sizdən sonra... - Elegiya əvəzi

Maraqlı / Kiçik Manşet / Köşə yazarları

Sizinlə və sizdən sonra... - Elegiya əvəzi

Yaradanın əbədi və heç zaman da dəyişəcəyi gözlənilməyən hokmünə boyun əyməyə məhkumuq hər birimiz. Doğuluşumuz iradəmizdən asılı olmadığı kimi, ölümümüz - həyatdan çəkib getməyimiz də iradəmizdən kənardır. Nə vaxt, hansı məkanda doğulmağımızı, valideynlərimizin kim olmasını da biz deyil, Allah müəyyənləşdirir. Yəqin elə bu səbəbdəndir ki, müqəddəs “Quran”da ata-ananın övlad üçün az qala Tanrı qədər ülvi olması göstərilir, onlara yüksək dəyər verilməsinin vacibliyi önə çəkilir.

Hər bir uşaq üçün atalı-analı olmaq, onların qayğısı, verdikləri yüksək tərbiyə əxlaq, öyüd-nəsihətlə böyüməkdən artıq xoşbəxtlik yoxdur. Təəssüf ki, bəzən bu xoşbəxtliyin qədrini bilmir, həmişə belə də davam edəcəyini düşünürük. İçi mən qarışıq, ata düz yol göstərəndə, məsələn, “dərslərini yaxşı oxu tapşıranda” onun sərtliyinə inadkarlıqla müqavimət göstərməyə çalışan, ana “əynini qalın elə xəstələnərsən, yeməyini vaxtında ye, mədən ağrıyar”- deyəndə qulaqardına vuran uşaqlar az olubmu bəyəm?! Elə indinin özündə də belədir. Daha fərqinə varmırlar ki, valideyn bütün bunları öz uşaqlarının xoşbəxt gələcəyi üçün edir. Onların qayğısız böyüməsi üçün min bir zəhmətə qatlaşmaları isə tam ayrıca söhbətin mövzusudur. Çox vaxt büruzə vermək istəmədiyi sevgisinin qarşılığında isə maddi baxımdan heç nə ummur, heç nə gözləmir valideyn. “Yetər ki, övladım yaxşı yaşasın”-deyə düşünür daim. Yeganə umduqları yaşlaşanda uşaqlarının onalara mənəvi dayaq olmaları, tez-tez baş çəkib hal-əhval tutmalarıdı ki, bəzi nankorlar bunları da onlara çox görürlər. Məncə, həyatda ən bağışlanmaz səhvlərdən, mənəviyyatsızlıqlardan da biri məhz budur. Hələ öz ata-anasını zorla evdən çıxarıb gözü yaşlı halda qocalar evinin bir küncünə atan “qəhrəmanları” demirəm. Dindirəndə də insanlıqdan, humanizmdən, mənəviyyatdan dərs keçirlər az qala…

Atalı-analı vaxtlarımda çox xoşbəxt olmuşammış, bunu onları itirəndən sonra daha dərindən dərk etdim. Çox-çox güclü idim o zamanlar, bütün fəsillər gözəl idi mənim üçün. Nə qışın soyuğu, nə də yayın qızmar günəşi qorxutmazdı məni. Anamın sevgisi günəş qədər hərarətli idi, atamın məhəbbəti isə palıd əzəmətini xatırladırdı. Bəzən nədənsə yorulanda kürəyimi o palıda söykəyib, kölgəsində rahatlıqla nəfəsimi dərir, daha böyük inam və ümidlərlə həyatın qoynuna atılırdım… Bu cümlələri yazarkən Flora Kərimovanın oxuduğu məşhur bir mahnının sözlərini xatırladım: “nə xoşbəxt olmuşam, bir zaman, Allah, xəbərim olmayıb bu səadətdən…”

Qum saatı kimi elə hey bir yandan boşalıb, bir yandan dolan dünyamlızda bəzi olaylar adama yuxu təsiri bağışlayır… 2015-in ilk günü mənim üçün ata itkisi ilə başlandı. "Qədərdən qaçmaq olmaz" deyənlərlə razıyam, amma valideyn hansı yaşda olmasından asılı olmayaraq həmişə ən dəyərli, ən müqəddəs varlıqdır və onların yoxluğu adamı həmişə göynədir. Anamı 11 il əvvəl itirdim, onu da qəflətən, eynilə atam kimi. Hər ikisi deyirdilər ki, Allah bizə qəfləti ölüm versin, xəstələnib ölüm yatağına düşməyək, yəqin Allah da onların bu diləklərini yerdə qoymadı...
Sizli dünyam sizsizdir bu gün… Sizdən əvvəl haqqa qovuşan, sizi ömürlük kədərə məhkum edən 17 yaşlı tələbə oğlunuzla yanaşı məzarlarda uyuyursunuz, Tanrı dərgahındasınız…
Anamdan sonra qızmar günəş çıxmışdı, məni yandırıb yaxan , tüstümü təpəmdən çıxaran günəş... Atamdan sonra isə kəndimizə qar yağdı, şaxta iliyimə işləyib ürəyimi dondurdu. Ardınca da elə hey soyuq yağışlar yağır...

Qəlbimdən uzaqlara açılır bir pəncərə,
Ayrılıqdan o yana dünya olurmu görən?
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa