•  – Əli İnsanovun Prezidentə şok məktubu - 14 illik sirlər açılır 
  •  – Siyasi şizofreniya: "Keçirik ikinci plana" 
  •  – Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..." 
  •  – Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF 

Strateji məqsədə çatmaq üçün 27 milyard manat ?!...


Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır ki, bu məbləğin bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirdiyi bildirilir...

Qeyd edim ki, sözügedən strategiyanın əhəmiyyəti ondan ibarətdir ki, bundan sonra bütün atılacaq müvafiq zəruri addımlar və tədbirlər, o cümlədən görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz göstərilən sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olacaq.

Hesab edirəm ki, bu da hədəfə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq. Odur ki, qalır, sözügedən yolları addımlamaq işi.... Bu isə artıq, tam ayrı məsələdir. Sözüm bunda deyil...

Məsələ bundadır ki, tələb olunan 27 milyard manat həcmində investisiyanın bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcəyi qeyd olunur...

Söhbət, bundan da getmir...

İş ondadır ki, bu 27 milyard manata dair rəqəm fikrimcə, nisbi xarakter daşıyır. Və bu haqda dəqiq hesablama irəli sürmək əslində, düzgün sayılmır. Belə ki, məsələ məzənnə dəyişiklikləri və sair kimi subyektiv amillər ilə bağlı deyil.

İnvestisiya elə bir şeydir ki, sanki "su axınına" bənzəyir - hansı istiqamətdə hərəkət etmək və özünə yer tutmaq imkanı olarsa, məhz oraya hərəkət edəcək... Yəni, 27 milyard manat vəsait qarşıya qoyulan məqsədə çatmaq üçün az da təşkil edə bilər, çox da...

Təkcə, bir faktı xatırladım ki, ölkədə regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən indiyədək sayca 3 Dövlət Proqramı qəbul edilərək icra olunub ki, bunlardan da 2-si tam başa çatıb.

3-cüsü isə 2014-cü ildən bəri icra edilməkdədir. Əvvəlki 2 DP çərçivəsində 50,7 milyard manat vəsait xərcləndiyi deyilib. 1 ABŞ dolları 0,78 qəpik olanda... 

 1-ci DP-nın icrasına 16 milyard, 2-ciyə isə 34,7 milyard manat xərclənib.

Yəni demək istədiyim budur ki, bütövlükdə ölkəmizin yeni iqtisadi inkişaf modelinə keçməsi üçün tələb olunduğu deyilən 27 milyard azn indiyədək regionlara xərclənilən 50,7 milyardın yanında, indiki məzənnəni də nəzərə alsaq 2 dəfədən aşağı olmaqla, heç nədir... 

Ancaq məlum olduğu kimi bunun müqabilində bütün şəhər və rayonlarımız sırasında bu günədək cəmi 6-sı - Abşeron və İmişli rayonları, Sumqayıt, Mingəçevir, Naftalan və Şirvan öz xərclərini ödəyə bilirdi... İndi növbəti ildən, yəni 2017-ci ildən etibarən, bu sıraya birdən-birə 27 adda rayon və şəhər də qoşulacaq...

Amma imkanlı olduqlarına görə deyil, məhz dövlətin maliyyə vəziyyətinin pisləşləşməsi ilə əlaqədar, mərkəzi dotasiyalaşdırmanı həyata keçirtmək artıq, mümkün olmadığına görə...

Odur ki, birmənalı şəkildə qeyd etmək istəyirəm ki, hər şey puldan deyil, məhz görüləcək işlərdən asılı olacaq !... Biz, nə vaxta qədər ki, bütün yanaşmalarda keyfiyyətə deyil, kəmiyyətə diqqət yetirəcəyik, ortalıqda quru statistik rəqəmlərdən savayı, əyani olaraq göstərməyə heç bir nəticə olmayacaq ... 

Pərviz Heydərov
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
Cialis Europa viagra Kamagra Oral Jelly Ajanta Kamagra Que Es Zithromax Vs Levaquin
Cheap Kamagra Tablets Viagra Pillen Kaufen Hydrochlorothiazide Real Tablet viagra Donde Comprar Cialis Opiniones Il Cialis Fa Dimagrire Nitrostat With Out Rx
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube