•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Xilasedici qadınlar: Fanarı yuxarı qaldıranda gördük ki...

Xilasedici qadınlar: Fanarı yuxarı qaldıranda gördük ki...
 

Xilasedicilərdən söz düşəndə isə hesab edirik ki, bu sahədə yalnız kişilər çalışa bilərlər. Ancaq elə deyil, zərif cinsin nümayəndələri də çalışır FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində.

Xidmətdə onlarla qadın xilasedici də çalışır. Onların bu xidmətdə çalışması hadisələr zamanı qadın və uşaqların, yaralalıların köməyinə çatmaq üçün nəzərdə tutulub.

FHN-nin əməkdaşı Ehtiram Xəlilovun sözlərinə görə, Xüsusi Riskli Xilasetmə Xidmətində qadın xilasedicilərin böyük rolu var: “Bəzən elə hallar olur ki, qadın xilasedicilərə daha çox ehtiyac olur. Məsələn, bir hadisə baş vermişdi. Gəlin epilepsiya xəstəsi idi. Həyat yoldaşı xidmətə zəng edib bildirdi ki, həyat yoldaşı qapını açmır. Bizim qadın xilaedicilərimiz mənzilə daxil olanda qadını huşsuz vəziyyətdə tapmışdı”.

Xəlilov onu da qeyd edir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti dedikdə çox zaman insanların fikrində “qapıaçan” fikri yaranır. Ancaq xilasedicilər xidmət edərkən öz həyatlarını təhlükə qarşısında qoyurlar: “Deyirlər, bağlı qapını açdı. Xilasedici həmin qapıya gedərkən onu qapının arxasında nə gözlədiyini bilmir. O qapının arxasında terrorçu da ola bilər, silahlı da və başqa təhlükə də. Buna görə də xilasedicilərə elə yanaşmaq düzgün deyil”.
Daha sonra Ehtiram Xəlilov məni qadın xilasedicilərlə tanış edir.

Kəmalə Qəhrəmanova Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər, Murov istiqamətində döyüşlərdə iştirak edib. Atəşkəs elan olunandan sonra - 1994-cü ildə K.Qəhrəmanova Ali Hərbi Dənizçilik Məktəbi nəzdində açılmış şəxsi heyətlə iş üzrə zabit hazırlığı kurslarına göndərilib. 5 il zabit kimi xidmət etdikdən sonra 1999-cu ildə öz xahişi ilə ordudan tərxis edilib.

Dediyinə görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə kadr yığımı başlayanda sənədlərini təqdim etsə də, “hələ sizə uyğun işimiz yoxdu, özümüz xəbər edəcəyik” cavabını alır. Və 2007-ci ilin avqustunda gözlənilən zəng edilir. Qəhrəmanova nazirliyə müsahibəyə çağırılır və işə qəbul  olunur: “İnsanları xilas etmək bizim işimizdir. “102” xidmətinə məlumat daxil olan kimi biz qısa zaman ərzində hadisə yerinə çatırıq, əməliyyat şəraitini dəyərləndiririk. Kollektiv şəkildə xilasetməni həyata keçiririk. Bu işdə mən başa düşdüm ki, ən güclü insanların belə xilasedilməyə ehtiyacı olur”.

Aytən Rəfiyeva xidmətin gənc əməkdaşlarındandır. 2010-cu ildən burada çalışır. “12 yaşımdan karate ilə məşğul olmuşam. İdmanda zədələnmələr çox olsa da, ən üstün cəhəti mənim üçün odur ki, bu işimi idmanıma görə tapmışam. 2010-cu ildə Avropa Çempionatına hazırlaşırdıq. Müəllimim forma həvəskarı olduğumu bilirdi. Valideylərimə zəng edərək dedi ki, FHN-ə xilasedici qızlar axtarılır. Atam mənə bunu deyəndə sanki mənə dünyanı verdilər. Müraciət etdim. Normativlər götürüldükdən sonra bir müddət gözlədim. Və o an yetişdi. 2010-cu il dekabrın 22-si mənə zəng gəldi ki, siz işə qəbul olunmusunuz”.
Müsahiblərim iş zamanı qarşılaşdıqları hadisələrdən də danışdılar: “Bir çağırış gəlmişdi ki, evdən qoxu gəlir.  Gecə ilə getdik evə. Fanarla baxırıq ki, ayaq altında heç nə qalmasın. Birdən nəsə toxundu. Fanarı yuxarı qaldıranda bir kişinin özünü asdığını gördük. Çox həyəcanlı hadisə idi”.

“Bir dəfə çağırış gəldi ki, qonşuda səs-küy var. Getdik, müharibə veteranı bir kişi anasını girov götürmüşdü. Həmin kişi illərlə anasına baxmışdı. Sonradan bacı-qardaşları evi satıb bölmək istədiklərini bildiriblər və kişi də buna etiraz edirmiş. Əlində qumbara ilə hazır dayanmışdı ki, kimsə girsə partlatsın. Polis deyir qapını aç, kişi deyir açsanız, partladacağam. Biz binanı boşaltdıq və arxa pəncərədən evə daxil olduq. Böyük risk idi, amma kişini zərərsizləşdirə bildik”.

Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hallara (hadisələrə) çevik reaksiya verilməsini, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirən orqandır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube