» » Mətanət biabir etdi: "Yekə arvadsan, niyə ölüb, yerə girmirsən?!"

Manşet / Müsahibə / Şou-biznes

Mətanət biabir etdi: "Yekə arvadsan, niyə ölüb, yerə girmirsən?!"

Shefeq.Az tanınmış müğənni Mətanət Əsədovanın yenicag.az-a müsahibəsini təqdim edir:


- Gözəl xanımsan, amma çoxları deyir ki, plastik əməliyyatlarla belə gözəlləşmisən... Bu sözlər səni qıcıqlandırmır ki?

- Heç vaxt qıcıqlanmıram, çünki gizlin işım yoxdur. Gözəllik bizdə genetikdir, anam da gözəl bədən quruluşuna malik olub. Həmişə biz bacıların gözəlliyindən danışılıb. Amma gözəlliyimiz iynə olub, batıb pis gözlərə. Bəzən özümün də qulağıma çatır, deyirlər ki, Mətanət plastik əməliyyatlar etdirərək gözəlləşib. Bir dənə burnum əməliyyat olunub. O da uğursuz alınıb. Nakozdan dəhşət çox qorxuram, yoxsa ikinci dəfə də əməliyyat etdirərəm. Adam var, hər yeri plastik əməliyyatdır, amma boynuna almır. Kimdə nə yoxdur, həmişə ondan danışır. Şou əhlinin 90 faizi mənə həsəd aparır. Paxıllığımı çəkdikləri üçün də sosial şəbəkədə fotolarımın altından min dənə söz yazırlar. Hər müğənninin 8-9 yalançı profili var, hamısında oturub məni söyürlər. Onlar ruhu olmayan, kor adamlardır.

- Fikir vermişəm, kişi həmkarların hər zaman səni tərifləyir ki, Mətanət mərd xanımdır. Amma xanım həmkarlarından bunu heç vaxt eşitməmişik...

- Heç eşitməyəcəksiniz də. Çünki heç bir xanım həmkarımda nə mənim səsimin, nə də avazımın 1 faizi var. Kəsəsi, şou aləmində nə mənim səsimdən var, nə vücudumdan, nə də görünüşümdən. Bunu yadınızda saxlayın. Mətanətdən danışanda ancaq qeybət edəcəklər. Üzümə gülüb, "həyatım", "aşkım" deyirlər, arxamca danışırlar. Yekə arvadsan, axı niyə ölüb yerə girmirsən? Allahdan qorxmurlar, Allah görür axı, kim necədir.

- Bildiyimə görə, səsinə, sənətinə dəyər verən iş adamları sənə bahalı hədiyyələr də bağışlayıb.

- Nəinki iş adamları, onların xanımları da mənə bahalı hədiyyələr verib. Maşından tutmuş zinət əşyalarına qədər. Yalnız sənətimə verilən dəyərə görə o hədiyyələri almışam.

- Mətanətin həyatında olan kişi hansı xüsusiyyətlərə malik olmalıdır?- Mən necəyəmsə, o da elə olmalıdır. Yəni, əsl kişi kimi... Çox bilib, az danışmalıdır. Mənim həyatımda olan insan yerini, oturuşunu-duruşunu bilməli, gigiyenik baxımdan təmizkar olmalı, mənə qarşı diqqətli davranmalıdır. Mən bir ləl-cəvahiratam, o insan bilməlidir ki, qarşısındakı çox qiymətli xanımdır. İki kaprizli xanım varsa, onun biri mənəm. Adam mənim varlığımı, ruhumu hiss etməli, dəyər verməyi bacarmalıdır.

- Bəs pulu necə... Çünki ruhu olan kişilərin çox vaxt cibi boş olur...

- Pulsuz kişi kimə lazımdır? Pul qazanması üçün onun ağlı olmalıdır. Ağılsız kişi mənə lazım deyil.

- Küsülü olduğun müğənnilər varmı?

- Yox. Mən heç kimdən küsmürəm. Qəlbimin bəsirət gözü var, o gözlə hər şeyi müəyyənləşdirirəm. Əgər qəlbimin gözü kimisə görmürsə, ona nifrət edirəmsə, həmin adamı birdəfəlik silib atıram. O adam həyatımdan ömürlük çıxıb gedir, geriyə qayıda bilməz.

- Bəs sənə əzab verən, qurtula bilmədiyin xüsusiyyət hansıdır?

- Sadəliyim həmişə başıma bəla olub. Hamını təriflədim, efirdə bir müğənninin bostanına daş atmadım, hamısına qol-qanad verdim, göylərə qaldırdım ki, bunlardan yoxdur. Əvəzində də mənə etdikləri pislikləri gördüm. Birinə də cavab vermədim. Bununla da onların səviyyəsinə enmədim.



Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa