» » Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 337 nəfərə çatıb – VİDEO – FOTO

Manşet / Kiçik Manşet / Dünya / Video

Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 337 nəfərə çatıb – VİDEO – FOTO

Barselonada referendum tərəfdarlarına qarşı rezin güllədən istifadə edilib.

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

Shefeq.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

*****

Bu gün İspaniya polisi Barselonada Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.

Shefeq.Az xarici mətbuata istinadən xəbər verir ki, polis seçki məntəqələri yaxınlığına toplaşanlara rezin güllələrdən atəş açıb. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib.

*****

Kataloniyada müstəqillik haqqında referendumun gedişində polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 38 nəfər xəsarət alıb.

Shefeq.Az xarici mətbuata istifadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Təcili xidmətlər ispan polisi ilə toqquşmalarda xəsarət almış 38 nəfərə yardım göstərib. Onların 35-nin xəsarəti yüngül, daha 3-nün xəsarəti isə orta ağırdır”, - deyə nazirliyin Twitter-də dərc edilmiş xəbərində bildirilir.

Bildirilir ki, xəsarət alanlardan 9-u xəstəxanaya aparılıb. Onlarda zədələr, başgicəllənmələr və təlaş var.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir.






 ​Video üçün buraya klikləyin​​​
H.X.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa