» » "BİR TON QAB YUYA BİLƏRƏM" – RÖYA - MÜSAHİBƏ

Manşet / Müsahibə

"BİR TON QAB YUYA BİLƏRƏM" – RÖYA - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi ötən gün "Gənclik Mall"da əməkdar artist Röya Ayxanın "First Fashion Lab" geyim laborotoriyası ilə birgə həyata keçirdiyi geyimlərindən ibarət "15 il birlikdə" adlı sərgisi baş tutub. Media nümayəndələrinin də qatıldığı tədbirdə sevilən ulduz jurnalistlərin ünvanladığı sualları cavablandırıb: 
- Bugünkü tədbir haqda fikirlərinizi bölüşərdiniz. 
-Bugünkü görüş əslində bəhanə idi. Sadəcə hamını bir daha yaxından görmək istədim. Həm də keçdiyimiz yolu hamının yadına salmaq istədim. Mən davam edirəm və düşünürəm ki, hələ çox açıq-saçıq, qapalı geyimlərdə çıxış edəcəyəm.
-Sərgidə nümayiş olunan geyimlərdən sizin üçün ən özəli hansıdır? 
-2010-cu ildə Yaşıl Teatrda lələklərdən hazırlanmış libas və 2005-ci ildə hərbi tərzdə olan geyim mənim üçün özəldir. 
-Onlar sizə nəyi xatırladır? 
-2005 mənim üçün ilk addım idi. Ona görə də mənim üçün o geyim çox əzizdir. 2010-da isə mən artıq ana idim. Hamı elə bildi ki, səhnəyə artıq kilolarla çıxacağam. Evdə kartof qızardacağam. Amma belə olmadı mən səhnəyə qayıtdım. Ancaq onu deyim ki, kartof da qızardıram, ev də təmizləyirəm. Bizim heç bir evimizdə qabyuyan yoxdur. Mən qab yumağı çox sevirəm. Bir ton qab yuya bilərəm.
-Ən çox hansı yeməyi sevirsiniz? 
-Souz, vermişel və pomidor-yumurtanı çox sevirəm. Eyni zamanda bu yeməkləri özüm də dadlı hazırlayıram. Sizə deyim ki, pomidor-yumurta ən çətin hazırlanan yeməkdir. 1 saat yarıma bişir. 
-Bu gün fanatlara da yer ayırdınız... 
-Bəli, amma yarısı mənimlə ünsiyyətdə ola bilmədi. Çünki bir-birinə şərait yaratmadılar. 
-Bu gün Türkiyəyə yola düşürsünüz. Qarşıda hansı yeniliklər var?
-İstanbula çatan kimi gözəl iclasımız olmalıdır. Çalışdığım şirkətdə iki dostumuz var onlarla görüşəcəyik. Orada artıq duet, müsahibə və.s işləri mənsiz qurublar. Klipin isə hansı mahnıya çəkiləcəyini hələ düşünəcəyəm. Duet ortağım isə hələ ki, sirr qalsın. Biz həmçinin Bakı üçün də işlər görürük. Yeni klip üçün bu dəfə də Nihat Odabaşına müraciət etdik. İnşallah ayın 4-ü onunla görüşüb bu barədə ətraflı danışacağıq. 
-Türkiyəli xanım ifaçılardan kimlərlə duet ifa etmək istərdiniz? 
-Ən yaxınlarım Gülşən və Hande Yenerdir. Düşünürəm ki, H.Yenərlə ola bilər. Çünki hər ikimiz də eyni şirkətlə çalışırıq. -Formada qalmağınızın sirri nədir? 
-Yemək mənim üçün önəmli deyil. İstədiyim çəkiyə çox rahatlıqla nail ola bilirəm. Misal üçün əgər bir libası bəyənirəmsə və o mənim çəkimə uyğun deyilsə 2-3 gün ərzində arıqlaya və ya kökələ bilərəm.

 


H.X.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa