•  – Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olundu - Müdafiə sənayesi üzrə 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 
  •  – Baş nazir bu idarənin avtomobillərini əlindən aldı 

“Elgizi məhkəməyə verəcəm” - QALMAQAL böyüyür

ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində yaranan qalmaqal getdikcə böyüyür.

Verilişin aparıcısı müğənni Əli Mirəliyev və kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənovun açıqlaması Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akiflini özündən çıxarıb.


Shefeq.aza açıqlama verən V. Akifli Elgiz Əkbəri məhkəmə ilə hədələyib:

“Əli Mirəliyev deyir ki, guya mən Nurayın çıxışı zamanı efiri tərk etmişəm, yalan deyir. Mən sadəcə olaraq, uşaqların istismarından danışırdım. Uşağın valideynlərinə izah etmək istəyirdim ki, qızın maddiyyat qarşılığında toylarda, el şənliklərində iştirakı düzgün deyil, bu uşaq istismarına gətirib çıxarır. Mən susduqca kanal nümayəndələri bunu piara çevirir. Elgiz Əkbəri məhkəməyə verəcəm, çünki o, məni nalayiq ifadələrlə təhqir edib. Mən susdum, amma görürəm ki, hamı fikir bildirir. Həmin çəkilişin görüntülərini ARB-dən istəmişəm. Mənə Elgiz bəyin işdən çıxarılması heç də maraqlı deyil, kiminsə çörəyinə bais olmaq istəmirəm. Telekanal rəhbərliyi nə qərar verib, özləri bilər. Demək istəyirəm ki, mən hansı yerdə haqsızlıq görürəmsə, ordan etiraz əlaməti olaraq gedirəm. Bu dəfə isə həm haqsızlığa, həm də təhqirə görə studiyanı tərk etdim”.

“Elgiz Əkbərlə sonradan telefon əlaqəsi yaradıb, məsələyə aydınlıq gətirdinizmi?” sualını isə uşaq hüquq müdafiəçisi belə cavablandırdı:

“Xeyr, mən onunla danışmamışam, lakin kanal rəhbərliyindən həmin görüntüləri mənə verməsini tələb etmişəm”.


Xatırladaq ki, ARB telekanalında yayımlanan “Səhər səhər” verilişinin çəkilişləri zamanı aparıcısı Elgiz Əkbərlə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb. Və qonaq verilişi yarımçıq tərk edib.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube