» » Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Manşet / İdman

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının 2018-2019 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib. 

Shefeq.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb.

Çünki digər namizəd “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.

VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalını İspaniya paytaxtından uzaqlaşdırıb. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.

Həmkarlarımızın iddiasına görə, Bakıdakı idman qurğusu UEFA-nın diqqətini daha çox çəkib. Azərbaycanın vəd etdiyi vergi güzəştlərinin mümkünlüyü arenanı qitə futbol qurumu üçün daha cəlbedici edir.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa