•  – Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olundu - Müdafiə sənayesi üzrə 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 
  •  – Baş nazir bu idarənin avtomobillərini əlindən aldı 

OPERA VƏ BALET TEATRI YENİ PREMYERAYA HAZIRLAŞIR

Akademik Opera və Balet Teatrı Azərbaycan bəstəkarlarının ən dəyərli opera və balet tamaşalarına yeni səhnə həyatı vermək istiqamətində ənənəsini bu mövsümdə də davam etdirəcək.
Bu sıradan olan növbəti səhnə əsəri görkəmli bəstəkar, Xalq Artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasıdır. Belə ki, oktyabrın 7-nə nəzərdə tutulan səhnə əsərinin premyerası sənət ocağının 109-cu mövsümünün ilk premyerası sayılır. Yeni quruluşda təqdim ediləcək operada əsas partiyanı Əməkdar Artist İlkin Əhmədov ifa edəcək. Həmçinin səhnə əsərində Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova, Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Səbinə Vabahzadə, Fəridə Məmmədova, solistlər Tural Ağasıyev, Fəhmin Əhmədli və Tələt Hüseynov çıxış edəcək. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır. Qeyd edək ki, 1978-ci ildə qələmə alınan opera XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. Operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq Artisti Baba Mahmudoğlu ifa edib.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube