» » Natiq Nailəoğlu "İnboxuma gələn 10 mesajdan 2-i təhqir idisə 8-i intim təklif idi"

Manşet / Kiçik Manşet / Müsahibə

Natiq Nailəoğlu "İnboxuma gələn 10 mesajdan 2-i təhqir idisə 8-i intim təklif idi"

Əksər gənclərlə müqayisədə pozitiv istədiyinə nail olan bir gənc kimi  Natiqi tanıyırdım kənardan amma müsahibə alıb daha yaxından tanımaq və beynimdə olan suallara cavab tapmaq üçün təklif etdim və inanmazdım ki hə cavabı alım Natiq Nailəoğlu bəli əlbəttə müsahibə verərəm dedi müsahibəni sizə təqdim edirəm.

Necə olduki Natiq tanındı və əslində Natiq kimdir?

Natiq həftənin günlərini rənglərə bölüb, ürəyi istəyən kimi yaşamağı seçən biridir. Mümkünsüzü mümkün etməyə çalışan , təbii ki, bir ölünü geri qaytara bilmərəm, həftənin bütün günlərini bazar günü edə bilmərəm yəni bir insanın edə biləcəyi, fəqət alındırmasının mümkün olmadığı bir işdən gedir söhbət burada. Bir də insanlara özünü olduğu kimi qəbul etdirməyə çalışan biridir. Yəni bir çoxu doğurdan da özünü ağıllı, yüksək sosyetedən, gözəl qəlbli, savadlı, hər şeyi bilən biri kimi göstərməyə çalışır. Niyə axı?Bu insana nə qazandırır? Səmimilik olmayan yerdə heçnəyi qəbul etmirəm. Açığı deyim qarşımda elə insan görəndə ya həmin adamdan uzaqlaşıram, ya da onu pərt edirəm. Çünki belə insanlar mütləq açıq kart buraxır. Əkizlər bürcünün təmsilçisiyəm. Harda nə edəcəyimi bəzən özüm də bilmirəm. Yarım saat sevimli, digər yarım saat nifrət ediləsi, qalan vaxtlarda isə anlaşılması çətin bir xarakterdə oluram. O ki, qaldı birinci sualınıza, Natiq necə tanındı?Mən tanınıram ki?

Arzusunda olduğunuz elə bir sənət peşhə varmı o işdə işləyənlərə paxıllığnız tutur?

Əlbətdə. Məsələn rəssamlara paxıllığım tutur onlar öz hisslərini, emosiyalarını fırça ilə, rənglərlə çox yaxşı insanlara çatdıra bilirlər.Sakit olan bir rəssamın əl işinə diqqətlə baxdıq da o qədər qarışıq hisslər görə bilərsiniz ki, bunu sözlə ifadə edə bilmərəm. Hərdən insanlardan sıxılan da qələmi alıb kağız üzərində nəisə canlandırmağa çalışıram. Amma heyif ki, istedadlı deyiləm bu sahədə. Amma mən çox yaxşı psixoloq ola bilərdim. Çünki insanların hansı xarakterdə olduğunu onları ilk görən kimi çözürəm. Bu 100-80 hallarda özünü doğruldur. Amma yenə də əvvəlcədən hisslərimi bəlli etməməyə çalışıram. Bəlkə yanılıram, bəlkə onu görən zaman frekansa başqa biri düşüb deyə düşünürəm. Amma çox vaxt insan haqqında ilk rəyim düz çıxır.

Yaddaşınızdan silinməyəcək hadisə ilə rastlaşmısınızmı və danışa bilərsinizmi o hadisəni?

Yaddaşımda qalan o qədər xoş olmayan və xoş olan hadisələr var ki, hansını danışım.

4 avqust tarixi heç vaxt yadımdan çıxmaz. Həyatımda çox şey dəyişdi. Məhz bu tarixdən sonra həyatı daha çox dərk etməyə başladım. Böyüyüb boya başa çatdığım evin satılması. Müəyyən səbəblərə görə bu hadisə baş verdi. O evdə mənim xatirələrim vardı. Üzünü görmədiyim anamın xatirələri vardı. Onun nəfəsi var idi o evdə. O evdən sonra anamı heç vaxt yuxumda görmədim. Həmin gündən ailəmdən ayrıldım. Ayaqlarımın üstündə tək durmağa başladım. Hərçənd 13 yaşımdan işləyirəm. Amma məhz o gün anladım ki, bu həyatda təkəm. Daha neqativ olmaq lazım deyil, həyatın vurduğu hər zərbəyə gülümsədim vəssalam. Bir də baxdım ki, o bir söz vare “sırtılmışam” . İnsanları kim  və nə olmasından asılı olmayaraq artıq anlamağa çalışıram, səmimi olmaları şərti ilə.Məsələn kimsə gəlib deyəndə ki, atam-anam məni sıxır, əsəbləşdirir, deyirəm kaş sənin yerində mən olaydım, kaş ki, mənə qadağalar qoyardı anam, ya da xəstə olan da deyərdi ki, bir dəfə də sözümə bax papaq qoy başına, telefonuma zəng edərdi hardasan gəl yeməyini ye. Ətrafımda olan dostlarıma hər zaman, ən pis anlarında olanlara şükür etməli olduqlarını yadlarına salıram. Hərdən emosiyalara qapılır və insan əlində, yanında olanları unudur. Bax avqust mənim əsil həyat silləm idi. Üzümə necə çırpıldısa ayıldım.
Xoş olan hadisələrə gəlincə. Qısa konkret deyəcəm. Mən dostlarımla bir yerdə olan da həyatımın ən gözəl anlarını yaşayıram. Allah onları mənim həyatımdan əskik etməsin, həmişə var olsunlar. Hətta onların necə qocaldığını, xoşbəxt olduqlarını görüm. Qoca olanda da əyləncəmizdən qalmayaq.

Sosial şəbəkənin həyatınızda rolu?
Beziblər əlimdən. Sosial şəbəkə istəsək də, istəməsək də, qəbul etməliyik ki, həyatımızın bir hissəsinə çevrilib. Nə yalan deyim sosial şəbəkələrdən xəbər almaq üçün istifadə etmirəm, yeni tanışlıqlar daha çox maraqlıdır mənə. Amma hərdən özümü işə salıram. Axrıncı dəfə bir köynəksiz şəklimi paylaşmışdım, saytlardan biri də bunu yazmışdı... İnboxuma gələn 10 mesajdan 2-i təhqir idisə 8-i intim təklif idi. Halbu ki, orada birində intim hisslər yaradacaq bir görüntü yox idi.  Bir də sosial şəbəkə hər bir insanın iç üzünü ortaya qoyur. Bu bilirsiz nəyə bənzəyir? Heç kim bizi görməyən də etmək isdədiklərimizi edirik. Məsələn kimisi yeməyi çəngəl-bıçaqla yox, əl ilə yeyir, kimisi çox yemirəm deyir amma adam olmayan da əlinə nə gəldi ötürür mədəyə, ya da güzgünün qabağına keçib rəqs edir. Sosial şəbəkə də elədir. Status yazırsan, bütün hiss etdiklərini tökürsən yazıya . Mane olan yoxdur. Heç kim demir bunu belə yazma, elə yazma. Beynində düşündüklərini yazırsan və paylaşırsan. Ondan sonra nə olur, artıq o sənin yazdıqlarına bağlı. O bir məsəl var, ağzından çıxana fikir ver. İndi artıq deyirlər ki, yazdığın statusa, şərhə fikir ver. Həyat ritmimizi dəyişdirib sosial şəbəkələr.

Zaman bütün yaralarə sağaldar deyirlər amma əksinə xoş günlərimizi də əlimizdən alan zamandır...sizin buna münasibətiniz ?

Zaman heçnə etmir insana, özü üçün axır gedir. Zaman nə etsin ki,  kimsə ona verilən həyatı düzgün yaşaya bilmir. İnsan var ki, biri ilə küsülü olur və kini illərlə davam edir, elə insan da var ki, nə baş verirsə, baş versin bir neçə dəqiqə sonra unudur və normal yaşama davam edir. Zaman hər şeyin dərmanıdır? Bu tənbəllərin və kinli insanların uydurmasıdır

Korlar ölkəsində görmək xəstəlikdir yoxsa üstünlük?
Bir az ağır sual oldu.. Amma kaş ki, bunu ya xəstəlik ya da üstünlük hesab edən insanlarda, gözü görməyən insanların hissiyatı və yaşam sevgisi olardı. Bax əsas budur.


Sizi Naile oğlu soyadına görə tənqid və təhqir edənlər çox olur. Siz buna görə Sizcə təqdir olunmalısınız yoxsa tənqid ?

Hərənin öz seçimi var. Tənqid edənlər də olur, təhqir edənlər də, təqdir edənlər də az deyil. Amma mən heç kimə bununla bağlı izahat vermək məcburiyyətində deyiləm. Biri yazır atası atıb, biri yazır uşaq evində böyüyüb, digərləri daha nələr yazır mən sadəcə gülüb keçirəm. Axı niyə olmasın? Deyirik cənnət anaların ayağının altındadır. İndi niyə ananın adını özünə imza götürən birini cəhənnəmlik günah işlədirmiş kimi qələmə verəsiniz?Nə qəbahət iş görmüşəm? Bəsdir mentalitet deyə-deyə insanların həyatını məhf etdiniz, övladlarınızı yaşam sevgisindən məhrum etdiniz.  Mentalitet insanın ağlıdır onun hissləridir ... Həyatı kimlərinsə yaratdığı çərçivəyə görə yaşaya bilmərəm, nə də kimisə öz yaratdığım çərçivəyə salmaram. Sizin olmaz dediklərinizin mənim üçün heç bir önəmi yoxdur. Mənim etmək istəmədiklərim var , olmaz dediklərim yox. Amma yenə də hamının fikrinə hörmət edirəm. Kimisə məcbur etmək olmaz ki, düşüncəsini deyişsin. İnsan nəyi necə dərk edirsə, anlayırsa elə də qəbul edir və beynindən gələn siqnalıda elə ötürür.

Sonda belə bir sual ilə yekunlaşdırım siz başqası olsaydınız Natiq sizin üçün kim olardı?
Bu suala, sualla cavab verim. Sizin üçün mən kiməm? Əmin olun mən Sizin yerinizdə olsaydım, Siz də mənim yerimdə cavab yenə eyni olacaqdı.





 
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa