•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Bakıda 13 yaşlı qız ölümdən döndü

Bu gün axşam saatlarında Bakının Nizami rayonunda dəm qazından zəhərlənən azyaşlı qız son məqamda ölümün caynağından xilas edilib. Ölkə.Az xəbər verir ki, hadisə Qafqaz küçəsində baş verib. Həmin küçədə yuaşayan 13 yaşlı C.A. saat 17 radələrində çimmək üçün hamama girib. Bir müddət sonra ailəsi qızın hamamdan çıxmadığını görüb. Qızı səslədikdə isə cavab verməyib. Dərhal qapını sındırıblar və onu huşsuz halda döşəmədə tapıblar. Dərhal həkim çağırılıb. İlkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər. Həkimlərin səyi nəticəsində qızın həyatını xilas etmək mümkün olub. Həkimlər bildiriblər ki, əgər qızı 5 dəqiqə gec hamamdan çıxarsaydılar, onu itirəcəkdilər.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube