•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Bakıda daha bir avtobus qəzası - Ana və azyaşlı oğlu xəsarət aldı

Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.

Shefeq.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, 160 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə toqquşub.

Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir.


Az sonra hadisə yerindən çəkilmiş görüntülər saytımızda yayımlanacaq.
Qeyd edək ki, bu, son bir həftə ərzində 160 saylı marşurut tərəfindən törədilən ikinci qəza hadisəsidir.

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.

Bakıda daha bir avtobus qəzası - Ana və azyaşlı oğlu xəsarət aldı
Bakıda daha bir avtobus qəzası - Ana və azyaşlı oğlu xəsarət aldı
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube