•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Şəkidə qəza - ölən və yaralanan var

Şəkidə Rusiyaya məxsus minik avtomobili qəzaya düşüb.
Shefeq.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayon Katex kənd sakini, 50 yaşlı Qalaçıyev Şaxmir "Chevrolet"markalı, Rusiya dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət almasa da avtomobildə olan sərnişin, Balakən rayon Katex kənd sakini 49 yaşlı Qalaçıyeva Lali Bayi qızı hadisə yerində dünyasını dəyişib. Digər sərnişin 38 yaşlı Qalaçıyev İmran Ənvərbəy oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi xəstəxanasına çatırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube