» » “Pulum qutaranda oğurluq edirdim” – Şabranlılara qənim kəsilən 18 yaşlı oğru – VİDEO

Kriminal / Manşet / Hadisə

“Pulum qutaranda oğurluq edirdim” – Şabranlılara qənim kəsilən 18 yaşlı oğru – VİDEO

Şabranda yaşayış evlərindən oğurluq edən şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, bir neçə evdən oğurluq etməkdə təqsirli bilinən 18 yaşlı Zamin Məlikov Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Əvvəllər də məhkum olunmuş Zamin əməlindən geri qalmayıb. Qardaşı onu pis vərdişlərdən uzaq tutmaq üçün Bakıya işləməyə aparıb. O, əlinə imkan düşən kimi qardaşından xəbərsiz rayona gələrək oğurluq edib.

Zamin Məlikov (saxlanılan şəxs) : "İlk oğurluğum ev oğurluğu olub. Narkotik dərmanlardan və spirtli içkilərdən istifadə etdiyim üçün özümdə olmamışam. İlk oğurluğumda qızıl, pul götürmüşəm. Bakıda satıb istifadə eləmişəm, pul qurtarandan sonra yenidən oğurluq eləmişəm. Birinci dəfə tutulandan sonra qardaşım Bakıya aparmışdı ki, pis vərdişlərdən uzaqlaşım. Qardaşım rayona gələndən sonra mən də içkili vəziyyətdə Bakıdan gəlib oğurluq edib qayıdırdım".

Dindirilmə nəticəsində Zaminin Şabranda 4 evdən oğurluq etdiyi və vətəndaşlara 5782 manat ziyan vurduğu müəyyənləşib.

İstintaq tədbirləri davam etdirilir.


shefeq.az

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa