•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

Həyat yoldaşı və 2 övladını öldürən “Laska” ləqəbli şəxsin qohumları DANIŞDI - VİDEO

Qətl iki gün əvvəl axşam saatlarında baş versə də, hamı Nəsimi küçəsi 31 ünvanındakı hadisədən ötən gün xəbər tutub
Shefeq.az ARB telekanalına istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini “Laska” ləqəbli Lazım Hüseynov iki az yaşlı övladını eləcədə həyat yoldaşını qətlə yetirib.

Təranə Yusifova (Lazım Hüseynovun bacısı): “Səhər çörək almağa maqazinə gedirdim. Onda gördüm qardaşımın qapısından polislər çıxdı. Qorxdum ki, görən qardaşıma nə olub. Polislərdən soruşdum dedilər ki, qardaşın arvad uşağını öldürüb”.

57 yaşlı Lazım Hüseynov öncə 33 yaşlı həyat yoldaşı Aynurə Hüseynovanı avtomat silahla qətlə yetirib. Daha sonra iki az yaşlı övladı oğlu 2-ci sinif şagirdi 9 yaşlı Hüseyni və 5 yaşlı qızı Mədinəxanımı çoxsaylı bıçaq zərbələri ilə amansızcasına öldürüb.

Nazim Hüseynov (Lazım Hüseynovun qardaşı): “Qabaq da tutulubdu, iki dəfə iş alıbdı. Axırıncı dəfə ölüm üstə 8 il iş alıbdı. Bir nəfərlə çəkişib, onu öldürüb”.

Tamara Yusifova (Lazım Hüseynovun qohumu): “Oğlan türmədən çıxmış adam idi. Sonra gəlib ailə qurmuşdu. Yaşıyırdılar, iki uşağı da var idi. Nə biz onlara getmirdik, nə də onlar bizə gəlirdilər”.

Aynurə Hüseynovanın bibisi: “Gəldim gördüm qardaşım evdə təkdi. Soruşdum ki, evin cammatı hanı. Bilmirəm, məndə səhərdən onları gözləyirəm. Cammatdan öyrənmişəm ki, hadisə belə olub”.

Lazım Hüseynov səhər saatlarında özü hüquq mühafizə orqanlarına könüllü təslim olub və ilkin ifadəsində cinayəti boynuna alıb. Dərhal hadisə yerinə Mingəçevir şəhəri polis idarəsi və prokrorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı oradan avtomat gilizləri aşkar olunaraq götürülüb. Avtomat və uşaq qanına bulaşıq bıçağın yeri sonradan əməliyyatçılar tərəfindən müəyyən edilərək götürüb.

Elnur Səmədov Mingəçevir Şəhər Prokrorunun böyük köməkçisi: “Qısqanclıq zəmnində həyat yoldaşından şübhələndiyini, başqa şəxs və ya şəxslərlə münasibətdə olduğunundan öldürmüşdü. Ehtimal olunur ki, yəqin ki, şübhələnir uşaqlar da özündən deyil çox güman ki, o məqsədlə ilkin ifadəsi hazırda odur. Silahı ilkin ifadəsində bildirdiyinə görə 1992-ci ildə Qarabağ müharibəsi iştirakçısı olub. Elə həmin vaxtdan özündə saxlayıb. Biz hadisə yerindən 4 ədəd giliz içi dolu daraq tapmışıq. Hazırda o istiqamətdə tədbirlər davam etdirilir”.

Qətlə yetirilən qadın və iki övladının meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə aparılıb və müayinədən sonra adiyyatı üzrə təhfil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda 120.2.7 və 228.1 maddələri ilə cinayət işi açılıb. (AzNews.az)

shefeq.az

Оставить комментарий
Side Affects Of Cephalexin In Dogs levitra 40 mg Buy Celebrex Online Uk
Propecia Nioxin Thinning Hair Inexpensive Cialis Online cialis from canada Cialis Et Nebilox Shipped Ups Amoxicilina Amoxin Shop
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube