•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Üç nəfərin ölümü ilə nəticələnən yol qəzasını törədən şəxsə 8,5 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 


Shefeq.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Hökmə əsasən, Z. Şirinov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi “Hyundai” markalı mikroavtobusu dərəyə aşırıb. Nəticədə Z.Şirinovun sərnişinlərindən həmyerliləri - 1963-cü il təvəllüdlü Billurə Nağdəli qızı İsmayılova və 1984-cü il təvəllüdlü Kamil İslam oğlu Həziyev hadisə yerində ölüb. Sürücü və digər sərnişinləri - 1954-cü il təvəllüdlü Nizami Astan oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Əsəd Allahverdi oğlu Qurbanov, 1975-ci il təvəllüdlü Lalə Rəhman qızı Rəhmanova, 1973-cü il təvəllüdlü Ziba Novruz qızı Rəhmanova, 1955-ci il təvəllüdlü Rasim Şəfa oğlu Rzayev, 1950-ci il təvəllüdlü Qafar Xanbaba oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Saylar Əriyən oğlu Mikayılov, 1975-ci il təvəllüdlü Leyla Comərd qızı Fərhadova, 1979-cu il təvəllüdlü İradə Sabir qızı Əliyeva, 1963-cü il təvəllüdlü İsmayıl Allahverdi oğlu Feyzullayev, 1985-ci il təvəllüdlü Fərqanə Cəlil qızı Fərzəliyeva, 1977-ci il təvəllüdlü Hədiyyə Rəhim qızı Əliyeva, 1964-cü il təvəllüdlü İndira Talıb qızı Mollayeva, 2005-ci il təvəllüdlü Nigar İlham qızı Kazımlı, 1987-ci il təvəllüdlü Vüsalə Namiq qızı Ağabəyli, 1971-ci il təvəllüdlü Mehman Oruc oğlu İsmayılov, 1962-ci il təvəllüdlü Zərxanım Həşim qızı Sərtayeva, 1969-cu il təvəllüdlü Sumeddin Həmzə oğlu Qasımov, 1974-cü il təvəllüdlü Şəfəq Sərdar qızı Süleymanova, 1991-ci il təvəllüdlü Günel Rayət qızı Bəşirova, 1950-ci il təvəllüdlü Sərxan Ata oğlu Abdullayev, Vaqif Talıbov və Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Samir İlham oğlu Xıdırov xəstəxanaya yerləşdiriliblər.
 

S. Abdullayev orada ölüb.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube