•  – Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir" 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 

15 manat borca görə adam öldürənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ona 15 manat borcu olan şəxsi döyərək ölümünə səbəb olmaqda təqsirləndirilən 28 yaşlı Pənah Səmədovun məhkəməsi başlayıb. 
Shefeq.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 
Dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək ittiham aktını elan edib. İttihama görə, hadisə 2 iyun 2018-ci ildə baş verib. P. Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R. Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb. 
P. Səmədov Röyal Rəhimovun 15 manat borcu ödəmədiyinə görə onunla görüşüb. Onlar mübahisə ediblər və Pənah Səmədov Röyal Rəhimova bir neçə yumruq zərbələsi vurub, sonra isə beysbol ağacı ilə döyüb. 
R. Rəhimov hadisənin səhəri günü xəstəxanaya yerləşdirilib və 6 gün komada qaldıqdan sonra vəfat edib. 
Məhkəmədə P. Səmədov özünü təqsirli bilmədiyini deyib. 
Mərhum Röyal Rəhimovun anası Dilarə Rəhimova ifadə verərək deyib ki, oğlu taksi sürücüsü işləyib: "Hadisə günü oğlum gəlib dedi dalaşmışam, alçaq məni arxadan vurdu. Sonra başının ağrıdığını deyib yatdı. Səhər yuxudan qalxa bilmirdi, bədəni gömgöy idi. Təcili yardım çağırıb xəstəxanaya apardıq, orada vəfat etdi". 
Təqsirləndirilən P. Səmədov isə Röyal Rəhimovu döymədiyini deyib. Bu zaman Röyalın anası ilə onun aralasında mübahisə düşüb. Hakim hər iki şəxsə xəbərdarlıq edərək tərəfləri sakitləşdirib. 
Proses yanvarın 23-də davam etdiriləcək.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube