•  – Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir" 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 

Bakıda "avtoş"u güllələyən şəxs SAXLANILDI

Bakıda "avtoş"u öldürən keçmiş məhkum saxlanılıb.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölüb.

Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş "İJ” markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, C.Babayev "Cabir-012” adı ilə tanınır.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube