•  – Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olundu - Müdafiə sənayesi üzrə 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 
  •  – Baş nazir bu idarənin avtomobillərini əlindən aldı 

Bakıda həyat yoldaşını yandırıb öldürən şəxsin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Shefeq.Az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Samir Abdullayev bildirib ki, hadisə baş verən vaxt həmin mağazada olub: "Həmin vaxt Məsud əlində bir şüşə ilə içəri daxil olub mərhumun üstünə qaçdı. O, qadının boğazından tutub üzünə benzin tökdü. Mən müdaxilə etmək istədim, imkan vermədi. Biz ora polis çağırdıq. Bu zaman o, əlindəki alışqanla qadının üzünü yandırdı, söndürə bilmədik".
Daha sonra ifadə verən mərhum Aytəkin Müzəffərovanın anası Zülfiyə Dadaşova qeyd edib ki, qızı keçmiş kürəkəni M.Müzəffərovla nişanlı olan gündən döyülüb: "Məsud onu həmişə döyüb, təhqir edib. Qızımın 2 dəfə uşağı tələf oldu. Neçə dəfə onlar boşanma həddinə çatıblar. Lakin Məsud gedib, qohumlarını gətirib yalvarırdı. O, qızımı evinə aparanda yenə döyürdü. Aytəkini Rusiyaya aparanda orada onu yenə döyüb, təhqir edirdi. Sonra qızım ondan boşandı".
Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib.
İttihama görə, bu ilin aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazada M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına benzin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube