» » Kriminal avtoritetlə ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı: "Kişilik avtoritetlərdə olur"

Kiçik Manşet / Şou-biznes

Kriminal avtoritetlə ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı: "Kişilik avtoritetlərdə olur"

Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.
Shefeq.Az xəbər verir ki, Elnur Şuşalı "Lotu Quli"yə yaxınlığı ilə seçilən şəxslərdəndir.

Saytımıza açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:
"Nə danışırsan? O Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmin yanında onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim o "Lotu Quli"nin yaxın dostudur. Mən buna inanmıram. O, taksiylə güclə gəzir, hardan avtoritet oldu? Belə də ki yaxşı eləyib çəkdirmişəm. Kişilik avtoritetlərdə olur. O, mənim şuşalı balamdır. Onun 37 yaşı var, oğlumdan da kiçikdir. Belə xəbər yaymaq ayıbdır. Elnurun avtoritet olduğunu sizdən eşidirəm. Elnur İsveçdə yaşayır. İsveçdə lotuluq eləmək olar?"
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa