Ramil Şeydayev "Jilina" klubunda debüt edib

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında "Jilina"nın heyətində debüt edib.


Shefeq.az Report-a xəbər verir ki, Azərbaycan yığma komandasının 21 yaşlı hücumçusu XXI turun "Zlate Moravse" ilə ev oyununun 76-cı dəqiqəsində meydana daxil olub.

O, matç zamanı sol cinah hücumçusu mövqeyində çıxış edib.

Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. Ramil komandasının 2-ci qolunun müəllifi olan Samuel Mrazı əvəzləyib. "Jilina" bundan sonra daha 2 qol vuraraq böyükhesabla qalib gəlib.

Qeyd edək ki, "Jilina" 19 oyundan 47 xalla aşkar liderdir.

20:30. "Jilina" - "Zlate Moravse" - 4:1

Əlavə olunub: 26-02-2017, 22:56
0
189

Oxşar Yazılar


Şərh əlavə et

reload, if the code cannot be seen

Наверх