» » Bakı “İnter”inin yeni prezidenti komandanın taleyinə aydınlıq gətirib

İdman

Bakı “İnter”inin yeni prezidenti komandanın taleyinə aydınlıq gətirib

Bakı “İnter”inin yeni prezidenti Azər Əliyev bu gündən qış hazırlıqlarına başlayan komanda ilə görüşüb


Shefeq.az xəbər verir ki, bu barədə Report-a klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.

Onun sözlərinə görə, gənc funksioner toplantıda “İnter”lə bağlı son günlər dolaşan şayiələrə aydınlıq gətirib: “Azər müəllim dedi ki, komandada vəziyyət sabitdir. Söz-söhbətlərə, "İnter"də problemlərin olduğunu deyənlərə inanmaq lazım deyil. Hələlik hər şey normaldır”.

Svanadze yanvarın 10-da Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını da əlavə edib. O, toplanış zamanı 3-4 yoxlama matçı keçirməyi planlaşdırdıqlarını vurğulayıb: “Hələlik potensial rəqiblər arasından seçim aparırıq. Rəqiblərimizin adlarına sabahadək tam aydınlıq gətiriləcək”.

Qeyd edək ki, “İnter”in bugünkü məşqinə yalnız Ağabala Ramazanov qatılmayıb. O, “Qarabağ”a transfer olunub. Komandadan ayrılacağı bildirilən daha bir futbolçu – Ruslan Abışov isə hazırlıq prosesində iştirak edib.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa