•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

İki qadın liftdə bıçaqlandı

Daxili işlər orqanları tərəfindən qeyri-aşkar şəraitdə insan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən şəxsiyyət əleyhinə cinayətlərin qarşısının alınması və açılması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyindən Shefeq.Az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiklərindən onların ifadələrini almaq mümkün olmayıb.


Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bölmə əməkdaşları tərəfindən qısa zamanda isti izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.


Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərşəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb.


Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube