•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Azərbaycanda arvadını "İnstagram"da təhqir edən şəxsi əri öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon sakini Sahib Nadirovun (1997-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, hadisə iyunun 10-da Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində qeydə alınıb. Qarın nahiyəsindən kəsici-deşici xəsarət alan 24 yaşlı Cəlilabad rayon sakini Faiq Cəfərov xəstəxanada vəfat edib. Araşdırma aparan Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Sahib Nadirov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Sahib Nadirov 2019-cu ildə Günel Daşdəmirova ilə ailsə qursa da, tanışı və əvvəllər sonuncu ilə sevgi münasibətində olan Faiq Cəfərov ondan əl çəkməyib. Yolda görəndə, arxasınca gedib, yenidən münasibət yaratmağa çalışıb, “instaqram” sosial şəbəkəsində fərdi adlarla qadına təhqiramiz və hədələyici sözlər yazıb.
Bu məsələyə aydınlıq gətirmək üçün iyunun 10-u saat 23 radələrində Sumqayıt şəhəri 1- və 2-ci mikrorayon ərazisində yerləşən "TopAz" mərc oyunları həyətindəki kafedə
Faiq Cəfərovla görüşüb və arvadından əl çəkməsini tələb edib. Çayxanadan çıxandan sonra Sahib qisas niyyəti ilə üzərində gətirdiyi məişət təyinatlı qayçı ilə Faiqin qarın nahiyəsinə 1 zərbə endirib və oradan qaçıb. Aldığı xəsarətdən Cəfərov ayın 11-i səhər saat 7 radələrində Bakı şəhərində, 3 saylı klinik xəstəxanada vəfat edib.

Məhkəmənin hökmü ilə təqsriləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. median.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube