•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Bakıda 5-ci mərtəbədən atılan 20 yaşlı oğlanın son naləsi - "Qaçın, gəlirlər..."

Hazırda onun komada olduğu deyilir

Dünən Nəsimi rayonunun 5-ci mikrorayon ərazisində bədbəxt hadisə baş verib. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Shefeq.az xəbər verir ki, AzNews.az-a həmin hadisənin təfərrüatı məlum olub.

Bina sakinlərinin sayta verdiyi məlumata görə, o, atıldığı deyilən binaya qışqıraraq girib:

"Günün ikinci yarısında bir nəfər qaçaraq binanın bloklarından birinə girib. O, qaçarkən "qaçın, gəlirlər" deyə qışqırırmış. Həmin oğlan bloka girərək sürətlə binanın yuxarı mərtəbələrinə doğru qaçıb. Və bir azdan binanın 5-ci mərtəbəsində pilləkənin başında olan pəncərənin şüşələrinin sınıq səsləri ətrafı bürüyüb. Elə bu anda o, şüşələrlə birlikdə pəncərədən yerə atılıb, ancaq blokun başındakı dəmir parçasına ilişsə də sonradan yerə düşüb. Təcili Tibbi Yardım hadisə yerinə gələndə o, sağ olub. Həkimlər müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması, sağ saidin və çanağın sınığı diaqnozunu qoyub. Hazırda onun komada olduğu deyilir".
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube