•  – İlham Əliyev Aİ Şurasının yeni Prezidentini təbrik edib 
  •  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 

Goranboy sakini tövlədə ölü tapıldı

Goranboy sakininin meyiti tövlədə aşkarlanıb.

Shefeq.az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhəri Qasım İsmayılov küçəsindəki fərdi təsərrüfatlardan birində qeydə alınıb.
Belə ki, doğmaları 1963-cü il təvəllüdlü Məmmədov Ələddin Yusif oğlunu axtararkən onu tövlədə huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan həkim briqadası isə onun öldüyünü müəyyən edib. Qəfil ölümün səbəbi məlum olmasa da, Ə.Məmmədovun ürək tutmasından öldüyü güman edilir. Ailəsi isə mərhumun meyitinin məhkəmə tibb ekspertizasına götürülməsinə razılıq verməyib.

Faktla bağlı araşdırma aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube