» » XƏBƏRDARLIQ!Sabahın HAVASI! Dumanlı olacaq...

Ekologiya / Kiçik Manşet

XƏBƏRDARLIQ!Sabahın HAVASI! Dumanlı olacaq...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Shefeq.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

H.X.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa