•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sabah hava necə olacaq? - Proqnoz

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 26-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube