•  – 5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... - Rusiyadan İNANILMAZ TƏLƏB 
  •  – Putinlə Ərdoğanın görüşü başa çatdı - Vacib qərar qəbul olundu 
  •  – İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir 
  •  – Niderlandakı müvəqqəti işlər vəkili KSQT baş direktoru ilə görüşdü 

Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Azərbaycanda sabaha, sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.


Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq.

Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube