» » Bakıda qarlı hava sərnişinləri yolda qoydu

Ekologiya / Manşet / Kiçik Manşet

Bakıda qarlı hava sərnişinləri yolda qoydu

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, əsasən Günəşli və Yasamalda yollar buz bağlayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayevin Milli.Az-a verdiyi məlumata görə, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində, əsasən A.Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilir."Bununla bağlı həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib", - deyə M.Ağayev qeyd edib.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa