•  – Azərbaycan-Rusiya münasibətləri kimləri narahat edir? 
  •  – Prezidentin işdən çıxardığı nazir Azərbaycanı birdəfəlik tərk edir - FOTO 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 

Yaponiyadan enerji sahəsində yeni rekord

Yaponiya alternativ enerji istehsalı sahəsində yeni rekorda hazırlaşır. Shefeq.az xəbər verir ki, bu ölkənin “Tokyo Leasing” və “Kyocera” şirkətləri günəş enerjisini elektrik enerjisinə çevirmək üçün dünyanın su üzərində ən böyük stansiyasını qurmağı planlaşdırır. Şirkətlər bu məqsədlə “Kyocera TCL Solar LLC” adlı birgə müəssisə təsis ediblər.

 

Layihəyə əsasən, stansiya İsixara şəhərində Yamakura Dam su hövzəsində qurulacaq. Stansiyada təxminən 51 min günəş paneli olacaq. Bu panellər su üzərində 180 min kvadratmetrlik sahəni əhatə edəcək.

 

Stansiyada ildə 16,17 meqavat elektrik enerjisi almaq nəzərdə tutulur. Bu, 5 min evi il boyu elektriklə təmin etməyə kifayətdir. Ənənəvi üsulla bu qədər elektrik enerjisi almaq üçün 19 min barel neft lazımdır.

Novator.az-ın məlumatına görə, stansiyanı 2018-ci ilin mart ayında işə salmaq planlaşdırılır. Hazırda günəş enerjisi stansiyalarını su üzərində qurmaq taktikasını üç ölkə xüsusilə inkişaf etdirir: Yaponiya, Hindistan və Avstraliya.

 

Alimlər hesab edirlər ki, günəş batareyaları suyun üzündə olanda daha yaxşı işləyir, nəinki torpağın üstündə olanda.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube