•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Bill Geyts NƏHAYƏT "çip" məsələsinə CAVAB VERDİ

"Microsoft" qurucusu, milyarder Bill Geyts insanları "COVID-19" əleyhinə peyvənd adı ilə çipləşdirmək niyyətində olduğu barədə məşhur sui-qəsd nəzəriyyəsinə nəhayət münasibət bildirib.

Big.az -ın verdiyi xəbərə görə, bu barədə "Business Insider" yazır.

O, heç zaman mikroçiplərlə məşğul olmadığını qeyd edib:

"Bu məsələ o qədər axmaq və qəribədir ki, onu inkar etmək çox çətindir".

Peyvənd və sui-qəsd nəzəriyyəsi haqqında Geyts "BBC Today"a daha ətraflı danışıb:

"Mövcud olan bütün bu şayiələrə və elmə zidd açıqlamalara baxsaq, bəli, bu, insanlar arasında düşmənçiliyə səbəb olur. Nəhayət peyvənd əldə olunduqda, qrup şəklində immunitetin formalaşması üçün əhalinin təxminən 80% -i peyvənd olunmalıdır. Lakin camaat bunun bir oyun olduğunu, yaxud zərərli olduğunu düşünsə, xəstəlik insanları öldürməyə davam edəcək. Buna görə də bütün bu çılğın fikirlərin mövcudluğundan bir az narahatam. Və bu nəzəriyyələrin bəzilərinin mənim haqqımda olması məni bir qədər təəccübləndirir".


Xatırladaq ki, mayın 2-də "Besogon TV" müəllif proqramının efirində rusiyalı rejissor Nikita Mixalkov milyarder və xeyriyyəçi Bill Geytsin planetin bütün insanlarını çipləşdirmək istədiyindən şübhələndiyini deyib. Onun sözlərinə əsasən, "Microsoft"un qurucusu dünyada apokalipsis yaratmaq istəyir. Məqsəd isə həddən artıq çox oksigen, qida və digər şeyləri tükədən bəşəriyyətin "həcmini" azaltmaqdır.

Sübut olaraq, Mixalkov WO / 2020/060606 nömrəli qeydiyyatdan keçən "Microsoft Technology Licensing" patentini göstərib. Rejissor qeyd edib ki, patentin nömrəsi İncildəki "şeytan rəqəmi"nə oxşayır: "060606"

Qeyd edək ki, Bill Geyts 2010-cu ildə etdiyi çıxışında (TED2010) əhalinin həddən artıq karbon qazının yaranmasına səbəb olduğunu vurğulayıb. Burada o, qlobal enerjinin gələcəyi ilə bağlı düşüncələrini ortaya qoyub və planetin fəlakətdən qorunmaq üçün "möcüzə"yə ehtiyacı olduğunu izah edib. Bill 2050-ci ilədək qlobal miqyasda karbon qazının yaranmasını mümkün qədər azaltmağı planlaşdırır.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube