•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Paşinyan: "Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşir"

Ermənistanda epidemioloji vəziyyət getdikcə pisləşir, tibb müəssisələr artıq bütün koronavirus xəstələrini qəbul edə bilmir.

Shefeq.az-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan "Facebook"-dakı videomüraciətində deyib:


"Epidemioloji vəziyyətimiz getdikcə pisləşir, dünən 697 yeni yoluxma halı qeydə almışıq".

Onun sözlərinə əsasən, hazırda Ermənistanda yoluxduqlarından xəbərsiz olan təxminən 20 min koronavirus daşıyıcısı var. Bu səbəbdən də Paşinyan vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd edək ki, iyunun 3-nə olan məlumata əsasən, Ermənistanda ümumilikdə 10.524 nəfərdə koronavirus aşkarlanıb, onlardan 3.454 nəfər sağalıb, 170 nəfər ölüb.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube