•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Ermənistan təlaş içərisindədir - ŞƏRH

Koronavirus pandemiyasının qıfılı tapılmayan sirləri bütün dünyanı sarsıtmaqdadır. Ən çox təlaşa düşən dövlətlərdən biri öz gücü ilə yaşaya bilməyən Ermənistandır. Ayaq üstündə dura bilməyən iqtisadiyyatı ilə yanaşı işğalçı ölkənin ordusu da səngərdə virusla mübarizədə başını itirib. Mart ayından başlayaraq erməni ordusunda yaranmış koronavirus pandemiyasının yayılması haqqında ətraflı məlumat verilməsə də, rəsmi olaraq 35 nəfərdən test götürüldüyü və onlardan 6-da cavabların müsbət olduğu açıqlanıb. Habelə bildirilib ki, yoluxanların arasında həm zabit, həm gizir, həm də müqaviləli hərbi qulluqçular var. Ümumən desək, Ermənistanda koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir.

Sabiq baş nazir Qrant Baqratyan etiraf edir ki, martın ortalarında Ermənistanda fövqəladə vəziyyət elan ediləndə cəmi-cümlətanı 18 koronavirus xəstəsi vardı, indi bu göstərici 2619-dur. Yəni yoluxanların sayı az qala 146 dəfə artıb. Martın 15-də dünyada hər yüz min adama 2 xəstə düşürdü. Ermənistanda isə 0.4 xəstə. Hazırda dünyada hər yüz min adama 46 xəstə düşür. Ermənistanda isə bu rəqəm 91-ə çatıb. Ölkənin bəzi mətbu orqanları, o cümlədən müxalif mövqeli erməni saytları bu informasiyanın gerçəkliyinə şübhəli münasibət sərgiləyərək mövcud vəziyyətin daha çox ağırlığından xəbər verirlər.Təbii ki, bu yanaşma tipik erməni xislətinə doğma yanaşmadır.
Ermənistan təlaş içərisindədir - ŞƏRH
Aprelin 14-də erməni deputat Sipan Paşinyan sosial şəbəkədə “İcevan mənşəli ukraynalı iş adamı Andranik Qazaryan tərəfindən maliyyələşdirilməklə 1100 ehtiyacı olan ailəyə əsas ərzaq məhsullarından ibarət sosial yardım göstəririk” deyərək bir şərh yazıb. Ermənistanın “Joğovurd” nəşrinin məlumatına görə, yoxsullar üçün nəzərdə tutulan həmin bu qida məhsulları Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarının diqqətini çəkib və gecə saatlarında ərzaq torbalarını qarət etmək qərarına gəliblər. Görün erməni ordusu nə gündədir. Soyğunçuluq edən şəxslər – Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Qeğam Saruxanyan, Qarik Petrosyan və Erik Meliksetyandır. Onlar hərbi qulluqçulardır. Demək, özünü saxlaya bilməyən ac-yalavac daşnak ordusu gecə-gündüz yalnız öz soyğunçu niyyətini düşünür.


İşğalçı ölkədə siyasi-iqtisadi böhran gündən-günə dərin qatlara işləyir. Hələ bu harasıdır. Bu azmış kimi Ermənistan-Rusiya, Ermənistan-Amerika münasibətlərində eniş müşahidə olunur. Rusiya qazın qiymətini qaldırır, Amerika isə Ermənistanın 5 şirkətini qara siyahıya salıb. Belə ki, martın 16-na olan vəziyyətə görə,Ermənistanın 5 şirkəti ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun qara siyahısına daxil edilib. Siyahıya daxil edilmiş şirkətlər ABŞ tərəfinin lisenziyası olmadan Birləşmiş Ştatlardan məhsul ixrac etmək, yenidən ixrac etmək və ya ölkə daxilində köçürmək hüququna sahib deyil. Bunlar Ermənistan Baş Mülki Aviasiya İdarəsinin keçmiş rəisi Artyom Movsesyanın əmisi Rafik Movsisyana aid aviaşirkət olan “Vertir” MMC, beynəlxalq şəbəkənin bir hissəsini təşkil edən “Veteren Avia” MMC, “İrəvan Əlaqə Vasitələri Tədqiqat İnstitutu” QSC və “Markel” QSC-dir. Bax, bunlarerməni nankorluğunun acı aqibətidir.

Mövqeyi sürüşkən olan fərsiz erməni “inqilabi hakimiyyətinin” sərsəmliyi erməni xalqına hələ çox bəlalar bəxş edəcək.Nə yalancasına irəli sürülən cəfəng iddialar, nə də qətiyyətsiz hərəkətlər Ermənistan tərəfinin zəifliyini maskalaya bilmir. Ön atəş xəttində zəif iradəli Ermənistan güclü iradəli Azərbaycanın təsir dairəsində çabalamaqdadır. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən hərbi hissələrə səfəri erməni tərəfini yaman qarın ağrısına salıb.Döyüş havasından çox qorxurlar. Buna baxmayaraq yenə də İrəvanın militarist ritorikası usalmaqdadır. Deyirlər ki, guya Azərbaycan tərəfi davakarlığı artırır və ön xətdə təxribatlara əl atır. Bu səbəblərə görə Ermənistan Ordusu müasir müşahidə cihazları ilə təmin edilib ki, cəbhə bölgəsinə nəzarət işi gücləndirilsin. Lakin azmış daşnak ağlı tamam iqtidarsız bir həddə düşüb. Məgər müşahidə gücü olmadan onlar bizim gücümüzə bələd deyil. 2016-cı il aprel yumruğunun zərbəsindən hələ erməni ordusunun qulağı kəskin gülultudan savayı bir səs duya bilmir. Hələ daim bərələ qalan sarsaq dığa gözlərini demirəm. Növbəti zərbədə onların hamısı kar və kor bir duruma düşəcək. Biz geri çəkilən deyilik. Mövqeyimiz dəyişilməzdir: Bəşəri simaya malik olmayan faşist daşnak hökumətiya Dağlıq Qarabağdan geri çəkilərək sülhə qol çəkməli, ya da qan içində boğulmalıdır, başqa yol yoxdur!
Ermənistan təlaş içərisindədir - ŞƏRH

Daha sarsıdıcı bir fakt: Koronavirus bəlasına qarşı əlacsız qalan Ermənistan daim xəyanət etdiyi Türkiyə dövlətinə kömək üçün əl uzatdı. Bəli, Türkiyə ona tərəf uzadılan bu əli göydən asılı vəziyyətdə saxlaya bilərdi.Bunu etməyə haqqı da çatırdı. Çünki Ermənistan təkcə saxta genosid oyunları ilə türklərə qarşı saysız biabırçı əməllər törədib. Lakin tarixən dünyada əzəmətli mərhəmət sahibi kimi sevilən Türkiyə öz yardım əlini qabağa verdi və xain qonşuya kifayət qədər təminat yaratdı. Əlbəttə, bu humanist addımı İslam əxlaqına sahib olan kəs heç bir halda pis dəyərləndirə bilməz. Lakin bu yardımın daşnak kontekstində ağla gəlməyən bir əmması var: görəsən, Türkiyənin bu humanist addımından erməni xalqı bir ibrət dərsi ala biləcəkmi?! Hələ ki, bu suala cavab vermək tezdir…
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube