•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sosial şəbəkələrində radikal təşkilatlara cəlbetmə daha çox baş verir

"Təcrübəmə uyğun olaraq deyə bilərəm ki, qadınların cəlbetmə prosesi ya vətənpərvərlik əsasında olur, ya siyasi ideyalarla bağlı olur, ya onun haqqında nüfuzdan salan məlumatın olur, ya da maddi əsasda olur".
Bunu "Trend" İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev qadınların radikal dini şəbəkələrin təsiri altına necə düşdüklərini izah edərkən deyib. 
Arzu Nağıyev isə qeyd edib ki, cəmiyyətimiz dindarlara, münafiqlərə və kafirlərə bölünüb. Amma bunların içində ən təhlükəli olanı qeyri-ənənəvi dini cərəyanlara qoşulub onlara can-başla qulluq edənlərdir. Təəssüfləndirici haldır ki, bu sırada qadınlar da var. Dini həyat tərzi keçirməyi seçmiş qadınlarımız əvvəl çadra, hicab geyinirdilərsə, artıq niqaba keçiblər. Bu isə bir çox hallarda onların qeyri-ənənəvi dini cərəyanların təsiri altına düşdüklərini göstərir. 
 Nağıyev son vaxtlar 13-14 yaşlı qızların vaxtından əvvəl ərə verildiyini və xarici ölkələrə daşındığını qeyd edib. O bildirib ki, sosial şəbəkələr, eləcə də Rusiyanın "Vkontakte" və "Odnaklassniki"də radikal təşkilatlara cəlbetmə daha çox baş verir. İnsanları əsasən sutkanın üç vaxtında cəlb edirlər: gecə vaxtı (yuxusuz olanda), ac vaxtı və yorğunluq vaxtı. İdmançı kontingentə isə maraq daha çoxdur:
"Məsələn, dünyada yarış zamanı güləşçiyə tatami üzərinə saqqalla çıxmaq qadağandır. Amma güləşçiyə deyirlər ki, sən bunu eləməlisən. Qızlara məcbur edirlər ki, sən artıq məktəbə hicab yox, niqab geyinib getməlisən. Beləliklə, insanı cəmiyyətdən təcrid edirlər. Cəmiyyətdən təcrid ediləndə də, o, tək qalır və tək qalan insanın da beyninə nə desən yeritmək mümkündür".
P.s.Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube