•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Hacı Surxay "Qaloş piri" barədə danışdı - AÇIQLAMA

Belə inanclar xurafatdan başqa bir şey deyil. Din cəhalət kimi məsələləri qəbul etmir, - bunu anews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədli Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.

"Ümumiyyətlə Azərbaycanda pir anlayışı var. Dövlət başçımız da pirlərə, müqəddəs yerlərə həm özü gedir, həm də onların bərpası üçün pul ayırır. Amma bəzi cəhalət məsələləri var ki, din onları qəbul etmir. İnanclar var, amma bu videodakı görüntü hər hansı bir inancla bağlı deyil. "Quran” elmə əsaslanır. Quranda Allah ilk kəlməni "oxu” əmri buyurursa deməli elmli olmaq önəmlidir. Bir qaloşun bədənimizə sürtüb şəfa istəməyimiz sadəcə cahillikdir. Əslində Azərbaycanda inanclara inanan insanlar çoxdur. Onlar hardasa bu cür inanclara inanmaqla mənfi auranı üzərlərindən götürmüş olurlar. Amma bunun islam dini ilə əlaqəsi yoxdur. Bu cür halların baş verməməsi üçün insanlar maariflənməlidir. Bir məsələni də qeyd edim ki, seyidlik anlayışı var. Allah buyurur ki, mənə vasitələrimlə yaxınlaşın. Peyğəmbərlər, imamlar, müqəddəs insanlar Allahın yer üzündəki nümayəndələridir. Seyidlik isə nəsildən-nəsilə keçir və bu yalnız atadan oğula keçə bilər”, - deyə Hacı Surxay qeyd etdi. 


Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə "Report"un Qərb böllgəsi üzrə mərkəzinə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib. "Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə "Qaloş piri" deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır", deyə İbrahimov vurğulayıb.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube