•  – Əli İnsanovun Prezidentə şok məktubu - 14 illik sirlər açılır 
  •  – Siyasi şizofreniya: "Keçirik ikinci plana" 
  •  – Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..." 
  •  – Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF 

“Rusiyada İslam dininə kütləvi axın var” – Həmzə Kuznetsov

“Müsəlmanlığı qəbul edən ruslar şəriət və cihad məsələlərində maksimalizmə meyllənirlər”.



Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya Uzaq Şərqinin keçmiş Müftisi, Xabarovsk diyarı müsəlmanlarının “Birlik” İctimai Hərəkatı İdarə Heyətinin sədri Həmzə Kuznetsov deyib.
Kuznetsovun sözlərinə görə, Rusiyada İslam dini əleyhinə aparılan təbliğat əks-effekt doğurur:
“Rusiyada İslama kütləvi axın var. Xatırlayıram, Xabarovskda bir cümə namazında üç nəfər İslam dinini qəbul etdi. Əlbəttə, əksər media orqanlarında İslam dininə neqativ münasibət özünü göstərir. Ancaq dünyada “qara reklam”dan effektli heç nə yoxdur.
Telekanallardan gecə-gündüz “İslam, İslam, İslam”, deyə eşidirik. Təbii, belə olduqda, insan əvvəl-axır o din barəsində düşünməyə başlayır. Daha sonra İslam dininin mahiyyətini dərk etdikdə isə ona üz tutur.
Biz 2009-cu ildə sosial şəbəkələrdə tədqiqat apardıq və bu zaman məlum oldu ki, hələ o vaxt 200 min rus İslam dinini qəbul edib. Bu gün həmin rəqəm daha da artıb. İslam dininə axın gənclərin trendinə çevrilib.
Digər tərəfdən, müsəlmanlığı qəbul edən ruslar şəriət və cihad məsələlərində maksimalizmə meyllənirlər. Bu səbəbdən, Rusiya Federal Təhlükəsizlik xidməti onları nəzarətə götürür”.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube