•  – Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir" 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 
  •  – Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək" 

Şeyxin patriarxdan özəl istəyi - “Məscid üçün yer ayrılsın” - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kirill ilə görüşüb.


Yenicag.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Şeyxülislam Patriarx Kirilldən Rusiyanın paytaxtında azərbaycanlılar üçün məscid tikilməsinə görə yer ayırmasını xahiş edib.
QMİ sədri çıxışında Azərbaycan prezidenti İlham Əliyev, vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın salamlarını və təbriklərini Patriarx Kirillə çatdırıb: “Azərbaycan müsəlmanları da sizi təbrik edir. Bugünkü görüşdə mənimlə bərabər səfir Polad Bülbüloğlu və Azərbaycan parlamentinin deputatları, ağsaqqallar iştirak edirlər. Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolunda həll edilməsi ilə bağlı sizin tərəfinizdən addımlar atıldığını gözəl bilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dini müstəviyə keçməsinə imkan vermədiniz. Buna görə Azərbaycan xalqı sizə xüsusi təşəkkürünü bildirir. Rusiya ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. Mən çox sevinirəm ki, dövlət rəhbərlərimiz arasında da şəxsi əlaqələr yüksək səviyyədədir.
Azərbaycanda dövlət səviyyəsində xristian dininə qayğı böyükdür. Ölkəmizdə mövcud olan kilsələr bərpa edilir, onlara yardım edilir. Mən, sizdən bir qardaş kimi xahiş edirəm. İmkan varsa, Moskvada azərbaycanlılar üçün məscid tikilməsindən ötrü yer ayrılsın. Bu, bizim münasibətlərimizin möhkəmlənməsinə yardım edəcək”.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube