•  – Prezident DTX-nın səlahiyyətlərini artırdı 
  •  – Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşdü - FOTO 
  •  – Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib 
  •  – Prezident Sumqayıtla bağlı SƏRƏNCAM imzaladı 

""Aşura"da zəncir vurmaq, qan çıxarmaq uydurulmuş hərəkətlərdir"

Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.

BiG.AZ-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Pirallahıda "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirədə çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb: "Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”.

Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən "Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi qeyd olunub.
""Aşura"da zəncir vurmaq, qan çıxarmaq uydurulmuş hərəkətlərdir"
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube