» » İzmirdə Xocalı parkının açılışı olub

Diaspora / Kiçik Manşet

İzmirdə Xocalı parkının açılışı olub


Türkiyənin İzmir şəhərində Karabağlar Bələdiyyəsinin Salih Omurtak məhəlləsində “Azərbaycan Qarabağ Xocalı parkı” açılıb. Parkın açılışı Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü və təşkilatçılığı baş tutub. Mərasimində Karabağlar bələdiyyəsinin nümayəndələri, Azərbaycan və digər türk diaspor təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının üzvləri, yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə Xocalı parkının açılması ilə bağlı faəliyyətə bir il əvvəl başlanılıb. Federasiyaya daxil olan Azərbaycan, Krım, Ahıska, Uygur, Kərkük dərnəkləri ilə yanaşı, İzmir İğdırlılar Federasiyası, Azərbaycanlı Qadınlar Dərnəyi, İzmir Azərbaycan Kültür Dərnəyi, Qars, Ərdahan, İğdırdan olan iş adamları, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi və başqaları könüllü şəkildə prosesə qoşularaq böyük dəstək göstəriblər. İsa Ambarçı bütün bu təşklatlara, həmçinin açılışdan bir gün əvvəl təşkilatın ofisini ziyarət etmiş Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyevə və Karabağlar Bələdiyyəsinin sədri  Mühittin Selvitopluya göstərilən dəstəyə görə təşəkkür edib.

2017-ci il fevralın 26-da parkın ərazisində Xocalı abidəsinin açılışı da nəzərdə tutulub. 

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa