» » Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar – FOTO

Cəmiyyət / Kiçik Manşet

Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar – FOTO

10 oktyabr 2017-ci ildə, saat 17:00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.

Shefeq.Az Big.az-a istinadən xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq, istifadəyə yararsız hala salınıb. 

Mehriban xanımın sözlərinə görə, o, avtomaşını saxlayıb-gedib, bir saatdan sonra gəlib ki, avtomobil şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb. 

Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə avtomobilin şini bu şəkildə doğranaraq, yararsız hala salınıb. Lakin indiyə kimi polis həmin hadisələrdən heç birinin üstünü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun avtomaşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə, avtomaşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.


 
 H.X.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa