» » Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər – VİDEO

Cəmiyyət / Manşet / Kiçik Manşet / Video

Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər – VİDEO

Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Bakının Səbail rayonunun seysmik risklərini tədqiq edərkən belə qənaətə gəliblər ki, ərazidə 8-9 bal gücündə zəlzələ baş verə bilər.

Shefeq.az xezerxeber.az-a istinadən xəbər verir ki, Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.

Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun “20-ci sahə” və “Bayıl yamacı” adlandırılan əraziləridir.

Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.

Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun “20-ci sahə” və “Bayıl yamacı” faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.


H.X.
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa