» » Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadından XƏBƏR VAR

Cəmiyyət / Hadisə

Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadından XƏBƏR VAR

Azərbaycanda azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Shefeq.Az APA-ya istinadən xəbər verir ki, iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası növbəti həftə keçiriləcək.
 
Qeyd edək ki, Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
 
Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa