» » Dünyada 3 milyard insan sosial şəbəkələrdən aktiv istifadə edir

Cəmiyyət / Texno

Dünyada 3 milyard insan sosial şəbəkələrdən aktiv istifadə edir

Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon artır.
 
“The Next Web” nəşrində dərc edilmiş “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb.
 
Shefeq.az ICTnews-a istinadən xəbər verir ki, hazırda dünyada ən böyük sosial şəbəkə “Facebook”-dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil qurğulardan istifadə edir, 59%-i isə hər gün “Facebook”-a daxil olur.
 
Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən “YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri “WhatsApp”, “Facebook Messenger” və “WeChat” messencerləri tutublar.
 
“Telegram” messencerinin auditoriyası 100 milyon aktiv istifadəçidən ibarətdir və bu göstərici üzrə “VKontakte” sosial şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan keçir.

shefeq.az
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa