•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət verildi

Ölkə prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişikliklər edilib
 
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı “bakalavriat səviyyəsində hazırlıq qruplarına” da , mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək. DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.
 
Nizamnaməyə edilmiş dəyişikliklər aşağıdakılardır:
 
1.  1.1-ci yarımbənddə “ali və orta ixtisas təhsili müəssisələrinə”  sözlərindən sonra “, bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri əlavə edilsin;
 
2.  2.1.2-ci yarımbənddə “səviyyələrinə,” sözündən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına,” sözləri əlavə edilsin;
 
3.  2.1.3-cü yarımbənddə “keçid ballarını,” sözlərindən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını,” sözləri əlavə edilsin;
 
4. aşağıdakı məzmunda 2.1.3-1-ci yarımbənd əlavə edilsin:
“2.1.3-1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”;
 
5.  3.1.10-cu yarımbənddə “keçirmək” sözündən sonra “, ödənişli elektron xidmətlər göstərmək” sözləri əlavə edilsin;
 
6. aşağıdakı məzmunda 3.1.10-1-ci yarımbənd əlavə edilsin:
“3.1.10-1. təsərrüfat cəmiyyətləri yaratmaq;”.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube