•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Bakı metrosunda növbəti təlaş: "Qatarı təcili tərk edin"

Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin yaşıl xətti boyunca, "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb.

Shefeq.az bildirir ki, qatar "Nəriman Nərimanov" stansiyasına çatmamış tuneldə dayanıb və sərnişinlərdən qatarın "Dərnəgül" stansiyasına getməsinə baxmayaraq "Nəriman Nərimanov" stansiyasında vaqonları tərk etmələri istənilib.

Tuneldə 15 dəqiqəyə yaxın qalan qatar "Nəriman Nərimanov" stansiyasında təcili şəkildə boşaldılıb və təmir üçün növbədənkənar "Bakmil" stansiyasına göndərilib. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov" stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub.

Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə saat təxminən 10:30-da 22 saylı qatarda baş verib: "Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunublar, qatar isə depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb, qatarların hərəkət qrafiki bərpa olunub. Hazırda heç bir gecikmə və problem yoxdur".

Xatırladaq ki, 2 gün öncə də Bakı metrosunda analoji hal müşahidə edilmişdi.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube