•  – Azərbaycan-Rusiya münasibətləri kimləri narahat edir? 
  •  – Prezidentin işdən çıxardığı nazir Azərbaycanı birdəfəlik tərk edir - FOTO 
  •  – "Müvəqqəti saxlama təcridxanasına yerləşdirilib” - Baş prokurordan Saakaşvili AÇIQLAMASI 
  •  – Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA 

Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq

Çinin “Xiaomi” şirkətinin rəhbəri Ley Tszyun yeni yeddi düymlü smartfonun yaradılacağını bəyan edərək prioritetin qurğunun bir əldə rahat tutulması olacağını qeyd edib

Shefeq.az-ın məlumatına görə, ictnews.az “DNI24” resursuna istinadən yazır ki, on il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub. Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür.

“Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb.

Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib.

Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir.

Həmçinin, bildirilib ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən texnologiya icad ediləcəyi təqdirdə 7 düymlü diaqonal da yaratmaq mümkün olacaq.


shefeq.az
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube