•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

“Bakı Metropoliteni”nin zərəri üç dəfəyə yaxın artıb

“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 mlrd. 336 mln. manat təşkil edib

Shefeq.az-ın məlumatına görə, “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9% çoxdur.

2016-cı ildə metronun cəmi kapitalı 6,5% artaraq 2 mlrd. 271 mln. manata, o cümlədən nizamnamə kapitalı 8,7% artaraq 2 mlrd. 581 mln. manat, cəmi öhdəlikləri isə 31% azalaraq 65 mln. manat olub.

Ötən il “Bakı Metropoliteni”nin gəlirləri 90,5 mln. manat olub. Bu, əvvəlki ilə nisbətən cəmi 62 min manat azdır. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də metronun gəlirlərinin 38 mln. manatlıq hissəsini dövlət büdcəsindən ayrılmış dotasiya təşkil edib. 

Nəqliyyat qurumunun sərnişindaşımadan gəliri 744 min manat və yaxud 1,7% azalaraq 42,3 mln. manat olub, sair əməliyyat gəliri isə 7,1% artaraq 10,2 mln. manat olub.

2016-cı ildə “Bakı Metropoliteni”nin xərcləri isə 169,2 mln. manat olub. Bu isə 2015-ci illə müqayisədə 42,3% çoxdur. Metronun xərclərinin əsas hissəsini amortizasiya xərcləri təşkil edib. Bu istiqamətdə 90,2 mln. manat xərclənib ki, bu da illik müqayisədə təxminən 95% çoxdur.

Ötən il nəqliyyat qurumu işçi heyətinə isə 40,6 mln. manat xərcləyib. Bu da əvvəlki ilə nisbətən 5,2% azdır. Şirkətin istifadə etdiyi elektrik enerjisinə görə xərci isə 9,1 mln. manat olub ki, bu da illik müqayisədə 19% çoxdur.

Son nəticədə “Bakı Metropoliteni” ötən ili 78,7 mln. manat zərərlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 2,8 dəfə çoxdur.


shefeq.az
Оставить комментарий
Discount Viagara Cash On Delivery Stendra Sale Posologia Propecia Alimentos canadian cialis Nitostat Without Rx Cipla Tadafil accutane 40 mg online
recommended site is uk
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube