•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

“ASAN xidmət”in təcrübəsindən yararlanan yeni startap fəaliyyətə başlayıb

“BAŞLA” layihəsinin yaranma səbəbi “ASAN Könüllüləri”nin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasında dəstək olmaq və gənclərdə biznes təfəkkürünü formalaşdırmaqdır. 

“ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı ilk gündən etibarən könüllülər ilə əməkdaşlıq edir və 8 həftəlik müddət ərzində onların yaradıcı potensialının aşkarlanmasına dəstək olur.

“BAŞLA” layihəsi çərçivəsində könüllülərə biznes planın yazılmasına dair təlimlər keçirildi və onların uğurlu biznesinin qurulmasına dair konsaltinq və maliyyə dəstəyi göstərildi.

“ASAN Könüllüləri”nin Biznes inkubatoru “BAŞLA” qısa bir zamanda öz nəticəsini verdi. Belə ki, “BAŞLA”da inkubasiya olunan layihələrdən olan Hediyye.al fəaliyyətinə başladı.


 
Layihənin ideya müəllifi olan Emil Məhərrəmov layihənin yaranmasından danışdı: 

“Mən, Məhərrəmov Emil 20 yaşım var. Hal-hazırda Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsiyəm. İxtisasım Amerikaşünasdır. Uşaqlıqdan öz biznesimi qurmağa həvəsim olub. Tez-tez maraqlanırdım, uğurlu stratuplar, startupçılar haqqında oxuyurdum. “ASAN xidmət” mərkəzində könüllü olarkən “BAŞLA” layihəsilə tanış oldum və bu layihənin dəstəyi ilə öz startupımı qurmaq qərarına gəldim. Beləliklə hediyye.al ərsəyə gəldi”.

O, layihənin digərlərindən üstünlüyünü də izah edib:

“Hediyye.al Azərbaycanda elektron ticarət sahəsində və ya başqa sözlə desək, sosial ticarət sahəsində daha asan, daha qısa müddətdə və daha keyfiyyətli hədiyyə satışını həyata keçirmək məqsədiylə təsis edilmiş elektron platformadır.

Onlayn satış sisteminə əsaslandığı üçün satışlar plastik kartlar vasitəsiylə həyata keçiriləcək. Bu, o demək deyil ki, satışlar yalnız plastik kartlar vasitəsiylə həyata keçiriləcək. Nəzərə alsaq ki, Azərbaycanda plastik kartla alış-veriş tam formalaşmayıb və bu nöqteyi-nəzərdən biz nağd şəkildə satışıda öz satış formalarımıza əlavə etdik”.

Onun sözlərinə görə, planlarında fəaliyyət istiqamətini bütün ölkə üzrə etmək var:

“Pilot layihə olaraq, hələ ki, paytaxtda satışa start vermişik, lakin fəaliyyət planımızda bütün Azərbaycanı əhatə etmək var. Daha sonra isə beynəlxalq miqyasda satışlar etməyi planlaşdırırıq. Ölkəmizdə tam formalaşmasa da, dünyada onlayn satış çox geniş vüsət alıb. Düşünürəm ki, niyə də bu vasitəylə dünya bazarına çıxmayaq? Bununla məhsullarımızı da dünya bazarına çıxara bilərik”.

Layihənin ideya müəllifi qeyd edib ki, portalda qiymətlər bütün insanların cibinə uyğundur:

“Mən özüm gəncəm, tələbəyəm, bu gün portalın istifadəçilərinin əksər hissəsi də gənclər və tələbələrdi. Yaxşı başa düşürəm, maliyyə cəhətdən bu kateqoriya insanlar hansı qiymətlərə üstünlük verirlər.

Bunları nəzərə alaraq portalda bir qiymət aralığı müəyyənləşdirmişəm. Yəni qiymətlər hər kəsin cibinə uyğundur. Həm hediyye.al olaraq istifadəçilərin rahatlığını düşünmüşük. Belə ki, istifadəçilər ödənişləri həm nağd, həm də elektron formada qəbul edə bilərlər”.

Daha sonra E.Məhərrəmov “ASAN xidmət”in onlara necə dəstək verməsindən danışıb. O, sahibkarlara da tövsiyələrini verməyi unutmayıb:

“Bir az əvvəl qeyd etdiyim kimi, Azərbaycanda onlayn alış-veriş tam formalaşmayıb. Mən düşünürəm ki, bunun əsas səbəbi müştərinin qorxusu və inamsızlığıdır. Məhz bu iki səbəb onlayn aliş-verişin qarşısında çox ciddi məhdudiyyətlər qoyur. Biz isə bu iki səbəbin qarşısını etibarlı bir brend olaraq alacağımızı ümid edir və inanırıq.

Qeyd etdiyim kimi, bu məhsul “BAŞLA” layihəsində inkubasiya olunub. “ASAN xidmət”də könüllü olduğum müddətdə bu layihəylə bağlı eşitdim, layihəmi təqdim etdim. Uğurlu qiymətləndirildi və layihənin icrası üçün maliyyə yardımı oldu. Artıq layihə ərsəyə gələndən sonra da istər “ASAN Könüllüləri”, istərsə də əməkdaşlar layihənin tanıdılması üçün istənilən köməkliyi göstərdilər. Onu deyə bilərəm ki, layihənin ərsəyə gəlməsində “ASAN xidmət”in dəstəyi əvəzsizdir.

İlk olaraq ideyası olan gənclərə səslənmək istəyirəm ki, ideyalarını gerçəkləşdirməkdən heç vaxt çəkinməsinlər. Ən böyük zirvələr də 1 addımla fəth edilir. Startupçılar isə əzmkar olmalıdır. Uğursuzluqlar ola bilər, lakin bu, onları yollarından döndərməməlidir. Öz güclərinə inansınlar. Bir gün ən güclü olacaqlarını düşünərək fəaliyyətlərini davam etdirsinlər”.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube